Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı fərman verilib
Tarix: 17-11-2025 17:27 | Bölmə: Gündəm
Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı fərman verilib

Azərbaycan prezidenti İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Reyting.az
-ın məlumatına görə, dövlət başçısı Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezidentin imzaladığı sənədə əsasən, Nazirlər Kabineti Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.




Bölməyə aid digər xəbərlər