Partiyada qalmaqal: professor sabiq sədri ittiham edir
Tarix: 21-11-2025 16:27 | Bölmə: Slayd
Partiyada qalmaqal: professor sabiq sədri ittiham edir
Cümşüd Nuriyev

“Vəhdət Partiyası Baş Məclisinin sədri Tahir Kərimlinin Zəfərin 5 illiyi ilə bağlı söylədiyi fikirlər onun şəxsi mövqeyidir. Təəssüflər olsun ki, uzun müddət siyasi arenada olan Tahir Kərimli ciddi səhvə yol verib. Birincisi, şəhidin varlısı, kasıbı olmur. İkincisi, şəhidlər canlarını, qazilər isə bədən əzalarını vətəni sevərək fəda ediblər. Onların ruhlarını incitmək və qaziləri şikəst adlandırmaq nə dərəcədə doğrudur? Şəhid valideynləri övladları ilə fəxir edir və Ali Baş Komandan İlham Əliyevi dəstəkləyirlər”.

“Reytinq” qəzeti xəbər verir ki, bu fikirləri Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev partiyanın sabiq sədri Tahir Kərimlini nəzərdə tutaraq yazıb.

Professor davam edib:

“Üçüncüsü, Ulu Öndər Heydər Əliyev hakimiyyətə xalqın tələbi və mövcud qanunvericiliyə tam əməl etməklə gəlib. Siz ona hakimiyyəti vermədiniz.

Dördüncüsü, Azərbaycanı ədalətsizlikdə bir kərimçilər, bir də haylar ittiham edir.

Beşincisi, Sizə kim ixtiyar verib ki, 10-15 nəfər tərbiyyəsizə görə, 10 milyonluq millət haqqında ağlasığmaz fikir səsləndirirsiniz?

Altıncısı, əsl nankorluq iki seçkidə Milli Məclisdə oturub bütün güzəştlərdən yararlanaraq yenidən düşməyən kimi ona arxa çevirməkdir.

Yeddincisi, ölkədə inamsızlığı yayanlar Ramiz MMC-nin üzvləridir.

Səkkizinci, uzun müddət Vəhdət ideyalarına sadiq qalan Tahir Kərimli niyə bu ideyalardan imtina etmək qərarına gəlib? Vəhdətin müqəddəs ideyalarını qorumaq bizim vəzifəmizdir”.

Qeyd edək ki, Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümçüd Nuriyevin əvvəlki sədr Tahir Kərimlinin çıxışına belə münasibət göstərməsi bəzi partiya üzvlərini narazı salıb.


Tahir Kərimli

“Reytinq” qəzetinə daxil olan məlumata görə, əsas müzakirə partiyanın müvafiq sosial şəbəkədəki qruplarında gedib.

Cümşüd Nuriyev qəzetimizə açıqlamasında qeyd edib ki, belə mövqe sərgiləyib və burada qəbahətli bir şey görmür. O, əlavə edib ki, təmsil olduğu partiya kifayət qədər ölkədə Vəhdəti nəzərdə tutan tədbirlər keçirib, sosial şəbəkələrdə və mediada mövqe sərgiləyib və bu cür də davam etməlidir.

“Onlar hər kəsi öz arşınları ilə ölçürlər. On il parlamentdə olanda Azərbaycanı əxlaqsızlıqda, ədalətsizlikdə, nankorluqda, qədirbilmızlikdə günahlandırmamışdır. İndiki çıxışın adı nədir Siz müəyyənləşdirin...”,-professor qeyd edib.

Onu da qeyd edək ki, Vəhdət Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyası Cümşüd Nuriyevin partiya sıralrından xaric edilməsi ilə bağlı məlumat yayıb.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər