Ukrayna Kupyansk və daha dörd yaşayış məntəqəsini itirib
Tarix: 21-11-2025 20:01 | Bölmə: Siyasət
Ukrayna Kupyansk və daha dörd yaşayış məntəqəsini itirib

Ukraynanın Kupyansk, Petropavlovka, Yampol, Novoselovka və Stavok yaşayış məntəqələri Rusiya ordusunun nəzarətinə keçib.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.

Nazir adıçəkilən yaşayış məntəqələrinin nəzarətə götürülməsi münasibətilə hərbi bölmələrin komandanlığını və şəxsi heyətini təbrik edib.

Rusiya Müdafiə Nazirliyi A. Belousovun sözlərindən sitat gətirib:

“Düşmənlə şiddətli döyüşlərdə nümunəvi cəsarət və fədakarlıq nümayiş etdirən hərbçilər vəzifələrini layiqincə yerinə yetirir, inamla irəliləyir, mətanət və dözümlülük göstərirlər”.

Nazir qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin qətiyyətli hərəkətləri nəticəsində düşmən itkilər verib və geri çəkilib.

“Siz döyüş tapşırıqlarını şərəflə yerinə yetirməyə davam edəcək, qələbəmizi yaxınlaşdıracaqsınız”, - Belousov vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər