Rus millətçisi Ukrayna ilə bağlı təklif verib
Tarix: 25-11-2025 00:30 | Bölmə: Xəbərlər
Rus millətçisi Ukrayna ilə bağlı təklif verib

Rusiya Federasiyası Dövlət Kitabxanası Ukraynanın işğal olunmuş ərazilərindən götürülən "rusofob" kitablar üçün xüsusi fond yaradıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə "Vedemosti" nəşrinə açıqlama verən mərkəzi dövlət kitabxanasının baş direktoru Vadim Duda bildirib ki, yenicə yaradılmış fonda millətçi ruhda yazılmış və "neofaşist" ideyalı nəşr hesab edilən, həmçinin tarixi təhrif edən kitablar daxil ediləcək.

Hazırda 10-12 min belə kitab toplanıb və 2025-ci ilin sonuna qədər onların siyahısı dərc olunacaq. Putin Rusiyasının apardığı işğalçı müharibə fonunda Ukraynanı radikal anti-rus əhval-ruhiyyəsində, qatı millətçilikdə ittiham edən, eyni zamanda qədim Rusiya tarixi içində Ukraynanın formalaşdığı iddiası ilə çıxış edən V. Duda kitablarla bağlı ilginc təklif irəli sürüb.

"Böyük Rusiyanın əzəmətli tarixini təhrif edən" həmin kitabların nəzarət altındakı Ukrayna bölgələrindəki kitabxanalardan çıxarılmasını təklif edən V. Dudanın fikrincə, Ukrayna rus tarixindən qopan yeni və qondarma bir dövlətdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər