Meladzenin mahnılarını qadağan etməyə çağırırlar
Tarix: 24-11-2025 18:39 | Bölmə: Şou-biznes
Meladzenin mahnılarını qadağan etməyə çağırırlar

“Pravoslav Rusiya” ictimai hərəkatının sədri, Bryansk Vilayət Dumasının deputatı Mixail İvanov Rusiyada Valeri və Konstantin Meladze qardaşlarının mahnılarının qadağan edilməsini təklif edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Life” məlumat yayıb.

“Bəstəkar Konstantin Meladze nümayişkaranə şəkildə Rusiyanı tərk etdi, lakin gəlirini ölkədə saxladı. Onun qardaşı, müğənni Valeri Meladze xaricdə qastrol səfərində olur və Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirən təşkilatlarla əməkdaşlıq edir”, - deyə deputat əlavə edib.

Yeri gəlmişkən, bu musiqiçilər bütün post-sovet məkanında məşhurdurlar, amma, eyni zamanda, Rusiyaya qarşı döyüşənləri dəstəkləyirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər