Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşüb
Tarix: 20-01-2020 21:19 | Bölmə: Gündəm
Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Mənzil Qərargahına səfər edib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən məlumata əsasən, səfər zamanı H.Hacıyev NATO Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərlə 29+1 formatında iclasda iştirak edib.

Görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahatlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib.

20 Yanvar faciəsinin 30-cu ildönümündə keçirilən iclas və görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfdaşlığı Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat vermişdir. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}