Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Tarix: 01-04-2020 17:59 | Bölmə: Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Bu gün Prezident İlham Əliyev “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman verib.

Reyting.az
xəbər verir ki, fərman əsasən, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilir.

Fərmanda edilən dəyişikliyə əsasən, həmin müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardım göstərmək sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə həyata keçirəcəklər.

Qeyd edək ki, bundan əvvəl müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardım göstərmək sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirdilər.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}