Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
DÇ-2026: Azərbaycan millisi bir xal qazanıb
"Neftçi" Ramil Şeydayevlə yollarını ayırıb
Cəlaloğlu: Azərbaycan və Ermənistan arasında əməkdaşlıq formasına keçid baş verib
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
Hacıyev dövlət katibinin müavini ilə ABŞ-Azərbaycan münasibətlərini müzakirə edib
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
Marsda həyat izləri aşkar ediblər
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
Tarix: 16-11-2016 12:14 | Bölmə: Gündəm
"Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq".
Reyting.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər: "Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik".
Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub:
"İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: "2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, "Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir".
Prezident İlham Əliyev deyib ki, bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü: "Roma Papası Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu, bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq".
Dövlət başçısı qeyd edib ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayırlar: "Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin". (Mənbə:Report)
Bölməyə aid digər xəbərlər















Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki
Nadir Azməmmədov: “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”