"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb
Tarix: 17-04-2024 14:22 | Bölmə: İdman
"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

"Sabah" nəşri xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Fulhem"ində çıxış edən Kenni Tete ilə anlaşıb.

28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Niderlandlı oyunçu azad agent kimi "Beşiktaş"a keçəcək.

Qeyd edək ki, Kenni Tete 2020-ci ildən London klubunun formasını geyinir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}