13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Milli komandamız qızıl, gümüş və bürünc medallar qazanıb
Tarix: 22-03-2026 13:06 | Bölmə: İdman

Milli komandamız qızıl, gümüş və bürünc medallar qazanıb

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.

Reyting.az Azərbaycan Cüdo Federasiyasına istinadla bildirir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yarışda Sunay Salamova (-40 kq) qızıl, Zəhra Quliyeva (-40 kq) gümüş, Pərvin Sevxanlı (-44 kq), Könül Eyvazlı (-48 kq), Məsumə Məmmədli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.

Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.





Bölməyə aid digər xəbərlər
19-03-2026, 15:08 Messi 900-cü qolunu vurub