13:08 / 26-03-2026
Sabah yağış yağacaq
20 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq istəyirlər
Tarix: 24-03-2026 22:18 | Bölmə: İdman

20 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq istəyirlər

"Mançester Yunayted" yarımmüdafiəçisi Kobbi Meyno ilə yeni uzunmüddətli müqavilə imzalamaqüzrədir.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 20 yaşlı futbolçu ilə danışıqlar yanvar ayında başlayıb. Onunla müqavilə 2031-ci ilin iyun ayına qədər uzadıla bilər.

Tərəflər müqavilənin son detalları barədə razılığa gəlməlidirlər. "Mançester Yunayted" müqavilənin uğurla başa çatacağına nikbin yanaşır.

Meyno "Mançester Yunayted" akademiyasının yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və daha 1 il artırmaq üçün seçim imkanı da var.

Bu mövsüm o, 24 matçda oynayıb və 3 məhsuldar ötürmə edib.(Matc.az)





Bölməyə aid digər xəbərlər
19-03-2026, 15:08 Messi 900-cü qolunu vurub