İsrailli həkim cavan qalmağın sirrin açıb - Resept
Tarix: 03-09-2019 00:06 | Bölmə: Xəbərlər
İsrailli həkim cavan qalmağın sirrin açıb

Hələ qədim zamanlardan insanlar daha çox yaşamaq və qocalmamaq üçün vasitələr axtarır.

Tanınmış israilli həkim-naturopat Meira Avraami uzun illər ərzində müxtəlif xalqlara aid olan qədim tibbi tarktatları araşdırır. Doktor Avraaminin sözlərinə görə, o, 200-dən (!) artıq "əbədi cavanlıq resepti"ni aşkar edib və onların orqanizmə olan təsirini araşdırıb.

Həkimin sözlərinə görə, belə reseptlərin bir çoxu orqanizmə həqiqətən çox müsbət təsir edir və onu cavanlaşdırır.

Maraqlısı budur ki, müxtəlif xalqlara və zamanlara aid olan reseptlərin bir çoxunda eyni inqrediyentlərin adı çəkilir. Ən çox istifadə olunanlar bunlardır: bal, limon, sarımsaq, sirkə, zeytun yağı, çaxır və zəncəfil.

Doktor Avraami oxucuları ən faydalı "cavanlıq resepti"ndən biri ilə tanış edib.

Qədim Çin kitablarında yer alan bu vasitə üçün 100 ml limon şirəsi, 200 q bal və 50 ml zeytun yağı götürülür, qarışdırılır və hər gün səhər acqarına 1 ç.q. olmaqla qəbul olunur.

Qarışığı hər gün fasiləsiz qəbul edə bilərsiniz.

Həkimin sözlərinə görə, bu qarışıq ürək-damar və immun sistemi və həmçinin qaraciyər üçün olduqca faydalıdır, insult və infarkt riskini azaldır, dərinin və saçların vəziyyətinə çox yaxşı təsir edir.( saglamolun.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər