17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
15:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
18:00 / 07-11-2025
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
17:38 / 07-11-2025
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
17:19 / 07-11-2025
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
17:08 / 07-11-2025
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
16:49 / 07-11-2025
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
16:34 / 07-11-2025
Prezident İlham Əliyev fərman imzalayıb
16:16 / 07-11-2025
İlham Əliyev bir qrup şəxsi təltif edib
16:05 / 07-11-2025
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
15:44 / 07-11-2025
Deputat nazirə mesaj verib: "Yekə kişisən, bunu keçən ildə demişəm, axı?"
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
14:01 / 04-11-2025
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:28 / 05-11-2025
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
09:27 / 04-11-2025
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
10:58 / 04-11-2025
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
İranın qonşuları çətin vəziyyətdədir
Tarix: 18-06-2025 10:52 | Bölmə: Slayd

İsrail-İran qarşıdurması Cənubi Asiya və postsovet məkanına təsir edərək təkcə Yaxın Şərqdə deyil, ondan kənarda da sabitliyi pozmaq təhlükəsi yaradır. İranın qonşuları risk altındadır, hər bir ölkə öz problemləri ilə üzləşir. İraq şiələrin İranı dəstəkləyən silahlı qiyamının qarşısını almağa çalışarkən, Pakistan və Azərbaycan onlara qarşı açılan informasiya müharibəsi fonunda münaqişəyə cəlb olunmaq cəhdlərinə qarşı mübarizə aparır.
Reyting.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Rusiya vətəndaşlarının İranı tərk etmələri üçün Azərbaycanın sərhədlərinin açılması Moskva ilə Bakı arasında hələ də soyuq olan münasibətlərə müsbət təsir göstərib. Köməyə görə minnətdarlıq bildirilib və İrandan təxliyə olunmuş Çaykovski Simfonik Orkestrinin üzvləri, baş dirijor Arseni Tkaçenkonun rəhbərliyi ilə Azərbaycan paytaxtında konsert proqramı təşkil ediblər.
Çərşənbə axşamı, iyunun 17-də İranın Xarici işlər naziri Abbas Əraqçi ilə İraqın Xarici işlər naziri və baş nazirin müavini Fuad Hüseyn arasında telefon danışığı olub. "Sionist rejim (İsrail) Fars körfəzi regionunu özünə çəkərək müharibəni genişləndirməyə çalışır. İranın mövqeyi aydındır: o, münaqişənin coğrafi və ya başqa bir ölkəyə yayılmasını rədd edir. İranın davam edən əməliyyatları sionistlərin hücumlarına müdafiə cavabının bir hissəsidir və digər tərəflərlə qarşıdurma məqsədi daşımır”,- bunu Əraqçi bildirib.
AFP-nin iyunun 17-də verdiyi məlumata görə, əhalisinin əksəriyyətini şiələr təşkil edən və ABŞ-la müttəfiq olan İraq hökuməti üçün ölkəni münaqişəyə cəlb etməkdən çəkindirmək getdikcə çətinləşir.
Agentlik öz mənbələrinə istinadla bildirir ki, şiə radikalların İraqdakı hücumlarının hədəfi Amerikanın İraqdakı hərbi bazaları, ABŞ-nın Bağdaddakı səfirliyi və Ərbildəki konsulluq ola bilər. Bu, Tehran üçün son dərəcə əlverişsizdir, çünki ABŞ müharibəyə cəlb olunmaqla hədələyir. Digər tərəfdən, İraq və Suriyada fəaliyyət göstərən “Kətaib Hizbullah” şiə silahlı qruplaşması artıq “bölgədəki hərbi əməliyyatları yaxından izlədiyini və Birləşmiş Ştatlar İsrail tərəfində müharibəyə girərsə, dərhal Amerikanın maraqlarına və bazalarına qarşı hərəkətə keçəcək”,- bəyanatını verib.
Şərqdəki qarşıdurma İranın qonşusu olan sünni Pakistanı sabitliyin ciddi şəkildə pozulması ilə təhdid edir, bu ölkə özünün çoxsaylı problemləri ilə üzləşir və may ayında Kəşmirdə baş verən toqquşmadan sonra Hindistanla yeni münaqişə riski ilə üz-üzədir.
“Express Tribune” qəzeti yazır ki, ölkənin İranla həmsərhəd olan cənub-şərqində yerləşən Bəlucistan əyalətinin səlahiyyətliləri təhlükəsizliyi təmin etmək və gözlənilməz insidentlərin qarşısını almaq üçün Qvadar və Pəncqur bölgələrindəki bütün sərhəd-keçid məntəqələrini bağlayıblar (İran-Pakistan sərhədinin uzunluğu 905 km-dir). Pakistan hakimiyyəti də vətəndaşları İrana səfərdən çəkinməyə və ayıq-sayıq olmağa çağırıb.
Bundan əvvəl ölkənin Xarici işlər naziri İshaq Dar “X” sosial şəbəkəsindəki səhifəsində 450 pakistanlı zəvvarın İrandan təxliyə edildiyini, həmçinin pakistanlı tələbələrin vətənə təhlükəsiz qayıtması ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamışdı.
Bununla belə, Pakistan İslamabadın İranla münaqişənin şiddətlənəcəyi təqdirdə İsrailə zərbə endirmək üçün Tehrana nüvə silahından istifadəni vəd etdiyi iddia olunan məlumatların sızması ilə bağlı qalmaqaldan hələ də yayına bilməyib.
"Bizim nüvə potensialımız Pakistan xalqının rifahına və ölkəmizi düşmənlərin düşmən planlarından qorumağa xidmət edir. Biz qonşularımıza qarşı İsrailin bu günlərdə açıq şəkildə nümayiş etdirdiyi hegemon siyasət yürütmürük",- Pakistanın Müdafiə naziri Xavaca Məhəmməd Asif sosial mediada yazıb.
Pakistanın Müdafiə nazirinin açıqlaması Müşahidə Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri general Möhsün Rezayinin İran dövlət televiziyası ilə çıxışında Pakistanın guya Təl-Əvivin münaqişəni qızışdıracağı təqdirdə İranı dəstəkləməyə və İsrailə nüvə zərbəsi endirməyə razı olduğunu söyləməsindən sonra deyilib.
Pakistan Müdafiə Nazirliyinin ayrı bir bəyanatında “Pakistana və onun nüvə proqramına qarşı genişmiqyaslı koordinasiyalı saxta təbliğat kampaniyası aparma” barədə ifadələr var.
Bəyanatda qeyd olunub ki, “X” sosial şəbəkəsinin sahibi İlon Mask platformanın “regionda ciddi eskalasiyaya səbəb ola biləcək” dezinformasiya ocağına çevrilməsinə görə məsuliyyət daşıyır.
Bundan əvvəl Pakistanın təhlükəsizlik xidməti İslamabadın qeyri-nüvə başlıqlı ballistik raketləri İrana ötürməsi ilə bağlı mediada yayılan xəbərləri təkzib etmişdi. "Bu cür xəbərlər həqiqətə uyğun deyil və Pakistana qarşı dezinformasiya kampaniyasının bir hissəsidir", - pakistanlı kəşfiyyat rəsmisi “The Nation”-a bildirib.
Yaxın Şərq atəşinin qığılcımları postsovet məkanına çatıb, İranın qonşusu Azərbaycan üçün çətin sınaqlar yaradıb.
Xarici işlər naziri Ceyhun Bayramov Abbas Əraqçı ilə telefon danışığı zamanı İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, digər rəsmi şəxslərin və İran vətəndaşlarının vəfatı ilə bağlı iranlı həmkarına başsağlığı verib.
Tərəflər münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə çağırıblar.
Ceyhun Bayramov vurğulayıb ki, Bakı hər hansı ölkənin Azərbaycan ərazisindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost İrana qarşı istifadə etməsi imkanını qəti şəkildə istisna edir.
Bakının Azərbaycanın tərəflərdən birini dəstəkləməklə münaqişəyə qarışmasının mümkünsüzlüyü ilə bağlı rəsmi açıqlaması “Telegram” kanallarında yayılan saxtakarlıq axınının qarşısını ala bilməyib. Ən çox yayılanlar isə guya Azərbaycan ərazisindən İrana doğru uçan İsrail qırıcıları və PUA-larının İslam Respublikasının strateji obyektlərinə zərbələr endirməsi ilə bağlı şayiələr olub. Bu cür fərziyyələr Azərbaycanın İsraillə sıx əlaqələr saxlaması, “Mossad” kəşfiyyat şəbəkələrinin orada sərbəst fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərlərlə bağlıdır.
Bakıya qarşı başlayan informasiya müharibəsi fonunda Bakı Rusiya və digər ölkələrin vətəndaşlarını İrandan çıxarmaq üçün koronavirus pandemiyasından bəri bağlı qalan sərhədləri açıb. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun iyunun 17-də verdiyi məlumata görə, rusların İrandan təxliyəsi Azərbaycanla sərhəddəki keçid məntəqəsi vasitəsilə həyata keçirilir. "Azərbaycanlı dostlarımız da əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq", - Dmitri Peskov əlavə edib.
İyunun 14-15-də Fyodor Bondarçukun çəkiliş qrupu, Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri və Çaykovski Simfonik Orkestrinin artistləri də daxil olmaqla, azı 313 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova “Telegram” kanalında Böyük Simfonik Orkestrinin çıxışını elan edib: “Belə çətin vəziyyətdə köməyə görə minnətdarlıq əlaməti olaraq Bakıda konsert keçirmək qərarına gəldik”.
Konsert iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. Orkestrin baş dirijoru Arseni Tkaçenko deyib: "Biz xoşbəxtik ki, təsadüfən Bakıya gəldik. Yaşadığımız stressdən sonra oynamaq bizim üçün, musiqiçilər üçün çox vacib idi və təbii ki, Azərbaycana təşəkkür etmək idi".
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, hazırda Milli Məclisin deputatı, Milli Məclisin mədəniyyət komitəsinin sədri, müğənni və bəstəkar Polad Bülbül oğlu deyib: “Düzünü desəm, biz zalın belə dolu olacağını gözləmirdik, çünki orada heç bir plakat və ya elan yox idi”.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:40
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
Bu gün, 15:17
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
Bu gün, 10:54
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
Bu gün, 00:04
Azərbaycanda Zəfər Günüdür
Dünən, 16:16
İlham Əliyev bir qrup şəxsi təltif edib
6-11-2025, 16:49
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
6-11-2025, 15:08
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
6-11-2025, 13:56
“Tərtər işi”: həbsdəki generalla bağlı qərar verilib
6-11-2025, 13:05
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
6-11-2025, 10:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
6-11-2025, 09:17
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
5-11-2025, 18:17
Prezident elm adamların təltif edib - Sərəncam
5-11-2025, 15:24
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
5-11-2025, 13:28
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
5-11-2025, 12:50
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
4-11-2025, 19:17
Mərkəzi Asiya Rusiyadan qurtula biləcəkmi?
4-11-2025, 14:01
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
4-11-2025, 13:29
Dini konfessiyalar Zəfər Günü ilə əlaqədar birgə bəyanat yayıblar
4-11-2025, 10:58
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
4-11-2025, 09:27
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
3-11-2025, 18:33
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
3-11-2025, 14:49
Ramiz Mehdiyevə bağlı QHT-lər, icra başçıları və özəl ali təhsil ocağı var - Professor
3-11-2025, 13:36
İlham Əliyev AMEA-da - Çıxış (Yenilənib) - Fotolar
3-11-2025, 13:22
Rus ordusu Ukraynanın daha bir şəhərinə daxil olub - Foto
3-11-2025, 11:26
Kreml İranı Suriya ilə barışdırmaq istəyir?
3-11-2025, 09:52
Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı
2-11-2025, 12:58
Üç vəzifəli şəxs həbs edilib - (Yenilənib) - Əməliyyat
2-11-2025, 12:07
Ruslar Ukrayna şəhərini tam ələ keçirmək üzrədir
31-10-2025, 19:59
Baş redaktor barəsində həbs qətimkan tədbiri seçilib
31-10-2025, 11:46
Ermənistan Hindistandan silahalmada yeni səhifə açır
31-10-2025, 11:16
İki itkin şəhidimiz Xocalıda dəfn edilib - Fotolar
31-10-2025, 10:54
Elm və Təhsil Nazirliyində yoxlamalar başlayıb
30-10-2025, 18:29
Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır
30-10-2025, 13:39
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
30-10-2025, 11:23
Məktəb direktorlarının işə qəbulu üçün qeydiyyat başlayıb
30-10-2025, 10:31
Dünyada doğum azalır - Professor səbəbini deyib
29-10-2025, 11:43
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
29-10-2025, 10:26
Kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq edilib - Video
29-10-2025, 09:48
Mənzillər güzəştli qiymətlərlə satışa çıxarılıb - Qiymətlər

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək