Tramp: “İrana zərbələrimiz İsrailin təhlükəsizliyini gücləndirib”
Tarix: 22-06-2025 08:01 | Bölmə: Siyasət
Tramp: “İrana zərbələrimiz İsrailin təhlükəsizliyini gücləndirib”

“ABŞ-nın İranın nüvə obyektlərinə zərbələr endirməsi İsrailin təhlükəsizliyini gücləndirib”.

Reyting.az
xəbər verir ki, bunu “Axios” portalının jurnalisti Barak Ravidlə telefon danışığında ABŞ prezidenti Donald Tramp bildirib.

Jurnalist “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bu gecə böyük uğur qazandıq. Sizin İsrailiniz indi daha təhlükəsizdir".

İyunun 22-də Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb.

KİV-lərin məlumatına görə, ABŞ ordusu İrana qarşı bunker bombalarından və Tomaqavk raketlərindən istifadə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər