Sabunçu rayonuna prokuror təyin olunub
Tarix: 19-06-2025 18:16 | Bölmə: Xəbərlər
Sabunçu rayonuna prokuror təyin olunub

Sabunçu rayonuna prokuror təyin edilib. 

Məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.

M. Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.​

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilmişdi(qafqazinfo). 




Bölməyə aid digər xəbərlər
17-06-2025, 14:32 Azərbaycan əhalisi artıb
17-06-2025, 11:42 "Mossad"ın binası vurulub