DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
Tarix: 21-06-2025 19:32 | Bölmə: Slayd
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Reyting.az
xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb və Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.(APA)




Bölməyə aid digər xəbərlər