Erməni ailəsinin Azərbaycanda böyük biznesi var
Tarix: 06-09-2019 23:11 | Bölmə: Xəbərlər
Erməni ailəsinin Azərbaycanda böyük biznesi var

Sahibi erməni Georq Nalbandyan olan İsveç şirkəti "GN Tobacco Sweden"nin məhsulları Azərbaycanda satılır.

ARB TV-nin məlumatına görə, şirkətin idarə heyətinə Sergey və Antonina Nalbandyan da daxildirlər.

Tütün fabriki onlara 1937-ci ildə babalarından miras qalıb. Nalbandyan 2009-cu ildə öz məhsullarını "GN Tabacco ID" adı altında bazara çıxarıb. İsveçdə yaşayan azərbaycanlıların verdiyi məlumata görə, şirkət öz məhsullarını Azərbaycanda reallaşdırır.

Erməni diasporasının İsveçdə son dərəcədə fəal olduğu müəyyən edilib. Onlar Qarabağdakı erməni separatçılarına da böyük yardımlar edirlər.

"GN Tobacco Sweden" şirkətinin öz məhsullarını Azərbaycanda satması artıq təqdiqlənib.

Şirkətin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyətinə dair İnformasiyalar və faktlar Azərbaycan XİN-ə göndərilib və XİN həmin faktları yoxlayacağını bildirib.(Gazeta.Az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}