Bakıda Kibertəhlükəsizlik konfransı keçiriləcək
Tarix: 27-02-2020 10:23 | Bölmə: Xəbər lenti
Bakıda Kibertəhlükəsizlik konfransı keçiriləcək

Bu il martın 2-də II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Bakıda "Kibertəhlükəsizlik konfransı" keçiriləcək.

Reyting.az
“Azərpoçt”a istinadla xəbər verir ki, tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək.

“Kibertəhlükəsizlik konfransı" sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdiriləcəyi “Cyber Village” sərgisi də baş tutacaq.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}