20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Azərbaycanda şairin 15 yaşlı oğlu dənizdə boğulub
Tarix: 01-08-2020 16:08 | Bölmə: Xəbərlər
Azərbaycanda şairin 15 yaşlı oğlu dənizdə boğulub

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə - nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat yayılıb.

Reyting.az
 xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Pərviz Vəliyevin axtarışları isə davam etdirilir. 

Yazıçı Şərif Ağayar sosial şəbəkədə yazıb ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur: “Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 

Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib