İkinci ''Ağıllı kənd'' Füzuli rayonunda tikiləcək - Video
Tarix: 20-06-2022 23:56 | Bölmə: Xəbərlər
İkinci ''Ağıllı kənd'' Füzuli rayonunda tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə ikinci ''Ağıllı kənd'' layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndində həyata keçiriləcək. Prosesə yaxın vaxtlarda başlanacaq.

Reyting.az
-ın məlumatına görə, Füzuli rayonundan Milli Məclisə deputat seçilmiş Vüqar Bayramov deyib ki, layihə çərçivəsində kənddə yaşıl və alternativ enerji növlərindən istifadə ediləcək, "ağıllı idarəetmə" sistemi tətbiq olunacaq.

Kənddə insanların yaşayışı üçün lazımi infrastruktur qurulacaq. Kəndin ətrafında "Ağıllı kənd" təsərrüfatı sahəsi yaradılacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün zəruri işlər həyata keçiriləcək.

Bundan əlavə, xarici investisiya əsasında günəş paneli tarlası salınacaq. Layihənin gücünün 50 meqavat olması gözlənilir. Tarlada 20 daimi iş yeri yaradılacaq. Eyni zamanda insanların məşğulluğunun təmin edilməsi üçün layihələr həyata keçiriləcək.

Deputat qeyd edib ki, Dövlətyarlı kəndində ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizmi və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Kənddə qurulan müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}