Əməkdar artist: "Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, Prezident təqaüdçüləridir"
Tarix: 02-02-2024 13:45 | Bölmə: Mədəniyyət
Əməkdar artist: "Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, Prezident təqaüdçüləridir"

“Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, Prezident təqaüdçüləridir”.

Bu sözləri üzləşdiyi biganəlikdən məyus olan tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

İllərdir, səhnədə olduğunu, amma hələ də əməyinin bəhrəsini görmədiyini deyən aktyor aldığı təqaüdün dolanışığına yetmədiyini, sıxıntılar yaşadığını bildirib:

“Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, prezident təqaüdçüləridir. 72 yaşım var, amma mən hələ də əməyimin bəhrəsini görməmişəm. Aldığım 500 manat təqaüdlə heç nə edə bilmirəm. Dərmana pul tapmıram. Nəvələrimin yanında xəcalət çəkirəm, çünki onlara ürəyim istəyən kimi babalıq edə bilmirəm.

İllərdir, bu sənətdəyəm. Teatrda irili-xırdalı 90-dan artıq rol oynamışam. Filmlərə çəkilmişəm, teletamaşalarda yaddaqalan obrazlar yaratmışam… Amma baxıram, sənətdən xəbəri olmayanlar daha çox hörmət-izzət sahibidir. Fəxri adları da var, hələ üstəlik, hamıdan da yaxşı dolanışıqları da…

Belə biganəliyi görəndə sınıram, demək ki 50 ilimi yelə vermişəm. Maraqlanan da yoxdur ki, ay Vahid, illərini bu sənətə verdin, indi necə, nə ilə dolanırsan, hanı sənin fəxri adın, hanı sənin fəxri təqaüdün…”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}