Alternativ Kino Akademiyası təsis olunub
Tarix: 04-04-2024 16:30 | Bölmə: Mədəniyyət
Alternativ Kino Akademiyası təsis olunub

Mədəniyyət Nazirliyinin nəzdindəki Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.

Reyting.az
xəbər verir ki, layihənin kuratorluğu ARKA-nın əməkdaşı tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə edilib.

Aprelin 3-də “Nizami” kinoteatrında Alternativ Kino Akademiyasının ilk tədbiri baş tutub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən yeddisinin təqdimatı olub.

Qeyd edək ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}