Məşhur aktyor kinodan qovulub
Tarix: 15-04-2024 13:03 | Bölmə: Mədəniyyət
Məşhur aktyor kinodan qovulub

2023-cü ildə istehsal olunan "Marvel" döyüş filmində qəhrəman obrazını canlandıran Conatan Majors məişət zorakılığı səbəbindən bir illik psixoloqun kabinetinə yönəldilməklə, hər gün iştirak etmək şərti ilə məsləhətçiliyə məhkum edilib.

Reyting.az
xatırladır ki, Conatan Majors 1989-cu ilin 7 sentyabrında ABŞ-da doğulub. Aktyor kimi onun uğuru "San-Fransiskodakı Son Qara Adam" (2019) bədii filmində baş rol aldıqdan sonra başlayıb. Bu rolu ilə şöhrət qazanan amerikalı aktyor müxtəlif filmlərə dəvətlər alıb. O, 2020-ci ildə Amerikanın məhşur HBO kanalında istehsal edilən və yayımlanan bir serialda Atticus Freeman rolu ilə daha da məşhurlaşıb. C. Majorsun dediyi kimi, bəxti həm də onda gətirib ki, o, "Marvel Cinematic Universe" -də media franşizasında çəkilmiş Disney seriyasında və "Loki" filmindəki “Qarışqa adam” rolunu alıb.

Aktyor 2023-cü ildə lentə alınan "Quantomania" filmindəki Fateh Kanq personajının fərqli və alternativ variantını da canlandırıb.

"Rambler" xəbər portalı yazır ki, C. Majorsla bağlı yuxarıda qeyd edilən qərarı Nyu-York Məhkəməsi verib. "Marvel" kinematoqrafiya kainatının ən önəmli aktyorlarından biri olan Conatan Majorsun işi üzrə yekun dinləmə zamanı onu ittiham edən keçmiş sevgilisi Qreys Cabbari aktyor tərəfindən zorakılığa məruz qaldığını söyləyib.

Hadisəni araşdıran hüquq-mühafizə orqanları müəyyən ediblər ki, Qreys Cabbarinin qulağının arxasında yara, göyərmə və sınıq barmaqlar təki xəsarətləri var. Bundan sonra məhkəmə Majorsu qadını döyməkdə təqsirli bilib. Aktyor məişət zorakılığı ilə mübarizə üzrə xüsusi məsləhətləşmələrdə iştirak etmək üçün bir il müddətinə azadlıqdan məhrum edilib.

Məişət zorakılığı işi Majorsun Hollivud karyerasının məhv edilməsinin başlanğıcı olub. Aktyor baş verən bu qalmaqaldan sonra əsas reklam siması olduğu Amerika brendlərindən, eləcə də super cani Kanq rolunu oynadığı Marvel tərəfindən tərk edilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}