"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
Tarix: 08-05-2024 18:23 | Bölmə: Mədəniyyət
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar 10 may saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında onun xatirəsinə həsr olunan "Sən elə bir zirvəsən!" tamaşası yenidən səhnədə olacaq.

Reyting.az
xəbər verir ki, tamaşada teatrın solistləri Əməkdar artistlər Səidə Şərifəliyeva, Fərid Əliyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Eleonora Mustafayeva, İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, Sübhan Rüstəmov, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, baletmeysteri Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

Xatırladaq ki, teatrın ötən mövsümündə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə hazırlanan bu layihə Gəncə, Şəki, Mingəçevir və Lənkəran şəhərlərində də uğurla nümayiş olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}