Məşhur aktrisa Hollivud ulduzu ilə eyni filmə çəkilmək istəyir
Tarix: 10-05-2024 18:46 | Bölmə: Mədəniyyət
Məşhur aktrisa Hollivud ulduzu ilə eyni filmə çəkilmək istəyir

Amerikalı aktrisa və kino ulduzu Sandra Bullok Hollivudun digər bir məhşur aktyoru Kianu Rivz ilə eyni filmə çəkilmək haqqında düşünür.

Reyting.az
-ın məlumatına görə, Sandra Bullok deyib ki, məhşur olsa da, ölümündən əvvəl yenidən Kianu Rivzlə ulduz olmaq arzusundadır: "Mən ölümümə qədər öz arzuma çatmaq istəyərdim".

"Variety" nəşri yazır ki, S. Bullok K. Rivzlə ən azı daha bir dəfə filmdə çəkilmək istədiyini etiraf edib.

"Düşünürəm ki, Kianu ilə mən bu dünyanı tərk etməmişdən öncə kamera qarşısında yenidən nəsə etməliyik. Əlil arabasında və ya gəzintidə olsaq belə", - deyə S. Bullok əlavə edib.

K. Rivz isə S. Bullok ilə razılaşıb. Onun sözlərinə görə, bu fikir xoşuna gəlir və yenidən Hollivud aktrisası S. Bullok ilə birgə çəkilişdə olmaq istəyir.

Xatırladaq ki, S. Bullok ilə K. Rivz 1994-cü ildə "Sürət" filminin çəkiliş meydançasında tanış olublar. Rivz isə sonradan bu filmin ssenarisini bəyənmədiyi üçün çəkilməkdən imtina edib. Bununla belə, o, qəhrəmanların yaxşı xarakterlərə, tam obrazlara malik olduğunu bildirib. Kino ekranında tərəfmüqabil olan bu Hollivud ulduzları sonradan 2006-cı ildə lentə alınmış “Göl qırağında ev” filmində bir araya gəliblər.

S. Bullok ümid edir ki, tezliklə K. Rivzə yeni bir layihə təklifi olacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}