13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Gəncədə "Nizami günləri" keçiriləcək
Tarix: 05-08-2024 12:30 | Bölmə: Mədəniyyət
Gəncədə "Nizami günləri" keçiriləcək

Gəncə şəhərində 11-15 sentyabr tarixlərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçiriləcək.

Reyting.az
xəbər verir ki, "Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.

Qeyd edək ki, "Nizami günləri" dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə baş tutacaq.




Bölməyə aid digər xəbərlər
18-08-2024, 10:28 Məşhur aktyor vəfat edib