18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
Rübensin itmiş əsəri 3 milyon avroya satılıb
Tarix: 01-12-2025 17:37 | Bölmə: Mədəniyyət


Flamand əsilli Belçika rəssamı Piter Paul Rübensə aid olan və 1613-cü ildən itmiş sayılan "Çarmıxdakı İsa" tablosu Fransanın Versal şəhərindəki Osenat hərracında 2,94 milyon avroya satılıb. Öncə 1 və sonra 2 milyon avro dəyərləndirilən əsər qiyməti sonradan 500 min avro qalxıb.

Reyting.az xəbər verir ki, hərrac evinin rəhbəri tablonun sentyabr ayında Parisdəki bir malikanədən tapdığını bildirib.

Qeyd edək ki, məşhur rəssam Piter Rübens (1577–1640) barokko dövrünün flamand rəssamlarından biridir. Məlumata görə, bu sənətçi yaşadığı dövr ərzində təxminən üç minə yaxın əsər yaradıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}