15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Aksiyaya qatılan məşhur aktyor döyüldü
Tarix: 02-06-2020 15:29 | Bölmə: Mədəniyyət
Aksiyaya qatılan məşhur aktyor döyüldü

Qaradərili Corc Floydun polis tərəfindən öldürməsindən sonra ABŞ-da başlayan kütləvi etiraz aksiyalarında iştirak edən məşhur Hollivud ulduzu Con Kyusak döyülüb.

Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, Çikaqoda keçirilən aksiyada polis tərəfindən döyülüb. Aksiyalar zamanı yanan avtomobili telefonu ilə çəkən aktyora polislər hücum edib:

“Onlar dəyənəklə mənə hücum etdilər, velosipedimi təpiklədilər. Buna etiraz etdikdə isə qollarımı buraraq, meydandan sürüyüb, kənara atdılar”.

Aktyor daha sonra polis tərəfindən saxlanılıb, bir qədər dindirildikdən sona isə azad edilib/Yenisabah.az




Bölməyə aid digər xəbərlər