23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan filmi beynəlxalq festivallarda yeni mükafatlar alıb
Tarix: 03-06-2020 12:35 | Bölmə: Mədəniyyət
Azərbaycan filmi beynəlxalq festivallarda yeni mükafatlar alıb

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi beynəlxalq film festivallarında üç kateqoriya (Ən yaxşı bədii film, rejissor və operator işinə görə) üzrə mükafatlara layiq görülüb.

Ekran əsəri bu uğura Yaponiya, İtaliya, İsrail və ABŞ-da keçirilən beynəlxalq festivallarda imza atıb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Ekran əsəri 5 qitəni əhatə edən 85 beynəlxalq film festivalda iştirak edərək 45-dən artıq müxtəlif mükafata layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}