16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tanınmış şair koronavirusa yoluxub - "Allahdan gələn hər nə var, qəbulumdu..."
Tarix: 10-06-2020 14:03 | Bölmə: Mədəniyyət
Tanınmış şair koronavirusa yoluxub - "Allahdan gələn hər nə var, qəbulumdu..."

Şəhriyar Del Gerani koronavirusa yoluxub.

Reyting.az
xəbər verir ki, bu barədə kulis.az -a şair özü məlumat verib.

O, bildirib ki, koronavirus testi pozitiv çıxıb.

"Covid 19" testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdu. Canım üstə, gözüm üstə, ömrüm üstə yeri hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir. Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Allah necə haqdı!"

Qeyd edək ki, şair iki gün öncə xəstəxanaya yerləşdirilmişdi. O, son 1 həftəərzində yüksək hərarət və sümük ağrılardan əziyyət çəkdiyini bildirmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}