Bəhram Bağırzadənin analizlərinin cavabı bəlli olub
Tarix: 22-06-2020 13:18 | Bölmə: Mədəniyyət
Bəhram Bağırzadənin analizlərinin cavabı bəlli olub

“Bəhram Bağırzadənin analizlərinin cavabı qənaətbəxşdir. Düşünürəm ki, vaxtın uzanması bu vəziyyətdə bizim üçün əlavə qazancdır”.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “COVID-19” infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, deputat Rəşad Mahmudov bildirib.

Həkimin sözlərinə görə, xəstənin vəziyyətində dəyişiklik yoxdur:

“Bəhram Bağırzadənin vəziyyəti ağır-stabil olaraq davam edir. Hamı kimi biz də ən qısa zamanda sevinmək və hamını sevindirək arzusundayıq. Əfsuslar olsun ki, buna nail ola bilməmişik”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyərinin 90 faizdən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}