Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olub - Foto
Tarix: 24-06-2020 17:28 | Bölmə: Mədəniyyət
Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

Reyting.az
xəbər verir ki, dövlət başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verilib.

Bildirildi ki, teatrın yeni binasında inşaat işləri artıq tamamlanmaq üzrədir. Hazırda teatrda dekorasiya və digər işlərin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Binada geniş tamaşaçı tutumlu zal və digər yardımçı otaqlar yerləşəcək.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Dövlətimizin başçısı teatrın binası ilə tanışlıqdan sonra tövsiyə və tapşırıqlarını verdi.

Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olub





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}