Füzulinin itmiş heykəli tapıldı: “Abidə təmirdədir”
Tarix: 06-07-2020 10:49 | Bölmə: Mədəniyyət
Füzulinin itmiş heykəli tapıldı: “Abidə təmirdədir”

Təbriz Bələdiyyəsi şəhərin Mənzəriyyə Xiyabanından Məhəmməd Füzulunun abidəsinin götürülməsi səbəbini açıqlayıb.

Reyting.az
“Tvitter”-ə istinadla xəbər verir ki, bələdiyənin rabitə və beynəlxalq işlər üzrə baş direktoru Səid Hacızadə bildirib: “Təbrizdəki Mənzəriyyə meydanında Molla Məhəmməd Füzulinin heykəlinin sökülməsi bəzi təmir işləri ilə əlaqədar idi. Təmirdən sonra böyük şairin heykəli yenidən yerinə qoyulacaq”.

Xatırladaq ki, bir həftə əvvəl abidə gözlənilmədən “itkin düşmüş” və bununla bağlı heç bir rəsmi açıqlama verilməmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}