Bəhram Bağırzadənin vəziyyəti yaxşılaşır
Tarix: 17-07-2020 10:59 | Bölmə: Mədəniyyət
Bəhram Bağırzadənin vəziyyəti yaxşılaşır

“Bəhram Bağırzadənin vəziyyəti yaxşıdır”.

Bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov deyib. O həmçinin bildirib ki, B.Bağırzadənin əhval-ruhiyyəsi yaxşıdır:

“Öz tənəffüsü bəs edir. Hələ ki, reanimasiyadadır”,- deyə o əlavə edib.

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb. 

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}