Vətənpərpərliyi aşılayan videoçarx hazırlanıb - Foto
Tarix: 20-07-2020 11:56 | Bölmə: Mədəniyyət
Vətənpərpərliyi aşılayan videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası Suraxanı və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri ilə birlikdə xalqımızın bu çətin günlərdə vətənpərvərlik və mübarizə ruhunu dəstəkləmək məqsədilə videoçarx hazırlayıb.

İdarədən bildirilib ki, hər üç müəssisənin əməkdaşlarının iştirak etdiyi videoçarxda torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsi yad edilib və Milli Qəhrəman Təbriz Xəlilbəylinin atası, Xalq şairi Xəlil Rza Ulutürkün “Odər yurdu, Od torpağı” şeiri səsləndirilib.

Vətənpərpərliyi aşılayan videoçarx hazırlanıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}