Həkim: "Bəhram Bağırzadənin ümumi vəziyyəti stabildir"
Tarix: 22-07-2020 10:51 | Bölmə: Mədəniyyət
Həkim: "Bəhram Bağırzadənin ümumi vəziyyəti stabildir"

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, hemodinamik göstəricilərdə, udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: “Fəaldır, ayağa qalxır, yeriyir. Mövcud troxeostamik boru daha kiçiyinə dəyişilib. Son iki gündə həmin boru qapalı saxlanılıb, xəstənin tənəffüsü fizioloji yolla, yəni burun və ağızdandır. Yaxın günlərdə həmin borunun tamamilə çıxarılması nəzərdə tutulur. Bununla belə ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}