10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
Lukaşenkonun həbsi tələb olunur
Tarix: 14-09-2023 12:50 | Bölmə: Siyasət
Lukaşenkonun həbsi tələb olunur

Avropa Parlamenti Haaqa Beynəlxalq Cinayət Məhkəməsini Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun həbsinə order verməyə çağırıb.

Reyting.az
-ın xəbərinə görə, sentyabrın 13-də avropalı deputatlar tərəfindən təsdiq edilmiş qətnamədə göstərilir ki, Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən 2150-dən çox uşağın, o cümlədən kimsəsizlərin Belarusdakı düşərgələrə (sağlamlıq düşərgələri) məcburi köçürülməsinə şərikdir. Bildirlir ki, Belarusa köçürülmüş şəxslər burada “ruslaşdırmaya və ideoloji təlqinə məruz qalırlar”.

Avropa Parlamenti bildirir ki, Lukaşenko və onun rejimi Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova kimi bu hərbi cinayətlərə görə məsuliyyət daşıyır.

Qətnamədə Lukaşenko rejiminin Rusiyanın Ukraynaya qarşı əsassız, qeyri-qanuni və səbəbsiz təcavüzkar müharibəsində iştirakı, rus qoşunlarının silah və hərbi texnika ilə təmin edilməsi, rus ordusu üçün komponentlərin istehsalı, rus qoşunlarının ölkəyə yerləşdirilməsi və onların belarus təlimatçıları tərəfindən öyrədilməsi pislənilir.

Sənəddə qeyd olunur ki, Lukaşenko rejimi Rusiyanın törətdiyi cinayətlərə şərik olub və bu, Ukraynaya vurulan dağıntılara və ziyana görə məsuliyyəti nəzərdə tutur.

Avropa Parlamenti hesab edir ki, Rusiyanın Ukraynaya qarşı törətdiyi təcavüz cinayəti üzrə xüsusi beynəlxalq tribunal təkcə Putinin və Rusiyanın siyasi-hərbi rəhbərliyinin deyil, həm də Belarus rəhbərliyinin hərəkətlərini araşdırmaq səlahiyyətinə malik olmalıdır.

Buna görə də avropalı parlamentarilər Avropa İttifaqı təsisatlarını və Aİ dövlətlərini “təcavüz cinayətlərində, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə və Ukraynaya qarşı törədilmiş soyqırım cinayətlərində şərik olan Belarus rəsmilərinin cinayət təqibini təmin etmək üçün lazım olan bütün tədbirləri görməyə çağırıblar”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}