Ukrayna Beynəlxalq Məhkəmədə Rusiyaya uduzub
Tarix: 02-02-2024 10:14 | Bölmə: Siyasət
Ukrayna Beynəlxalq Məhkəmədə Rusiyaya uduzub

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını təmin etməyib.

Reyting.az
xatırladır ki, Haaqa 2017-ci ildə Ukraynanın Rusiyaya qarşı Ukraynada terroru maliyyələşdirməsi ilə bağlı qaldırdığı iddiada Rusiyanı haqlı sayıb.

Bildirilir ki, Ukraynanın 2017-ci ildə Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı qaldırdığı iddiaya yekun vurulub. Məhkəmə Moskvanın Donetsk və Luqansk vilayətlərindəki silahlı rusiyayönlü və separatçı qruplara maliyyə göndərdiyinə dair heç bir dəlil olmadığına qərar verib.

Məhkəmə Ukraynanın Rusiyadan təzminat tələbini də rədd edib. Buna səbəb Ukraynanın şərqində baş verən hadisələrin terrorla bağlı olub-olmamasına qərar verilməməsidir. Çünki Beynəlxalq Ədalət Məhkəməsi bildirir ki, hər münaqişəni terror adlandırmaq olmaz.

Məlumata görə, məhkəmə yalnız bir məsələdə Ukraynanı haqlı sayıb: Rusiya ilhaq edilmiş Krımda Ukrayna dilində təhsilə icazə verməyərək ayrı-seçkiliyə qarşı razılaşmaları pozur.

Hüquq ekspertlərinin fikrincə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Rusiya üçün “qələbə”, Ukrayna üçün isə “acı məğlubiyyət” deməkdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}