Müharibə bitənə qədər Ukraynada seçki keçirilməyəcək
Tarix: 06-02-2024 08:48 | Bölmə: Siyasət
Müharibə bitənə qədər Ukraynada seçki keçirilməyəcək

Ukraynada hərbi vəziyyət aradan qaldırılmayana qədər ölkədə seçki keçirilməyəcək.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Hərbi vəziyyət bitəndə seçkilər keçirilə bilər. Bunun üçün qalib gəlmək lazımdır. Biz buna mütləq nail olacağıq”,- o qeyd edib.

Xatırladaq ki, Rusiya Federasiyasının genişmiqyaslı hücumundan sonra bütün ölkə ərazisində 30 gün müddətinə hərbi vəziyyət tətbiq edilib. O vaxtdan bəri hər dəfə hərbi vəziyyətin müddəti uzadılıb.

Dünən məlum olub ki, prezident Vladimir Zelenski Ukrayna Ali Radasına hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılması ilə bağlı qanun layihələrini təqdim edib. Hərbi vəziyyətin tətbiqi Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən təklif edilir, ölkə prezidenti tərəfindən razılaşdırılır və Ali Radanın qərarı ilə təsdiqlənir.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri bu ilin yazında keçirilməlidir. Amma noyabrda Ali Radada təmsil olunan bütün siyasi qüvvələr Ukraynada seçkilərin yalnız hərbi vəziyyət başa çatdıqdan sonra keçiriləcəyi ilə bağlı razılığa gəlib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}