Tramp əsas ştatda Baydeni qabaqlayır
Tarix: 16-07-2024 07:58 | Bölmə: Siyasət
Tramp əsas ştatda Baydeni qabaqlayır

Seçkilərdə önəmli sayılan Pensilvaniya ştatında ABŞ-nın eks-prezidenti Donald Tramp öndədir.

Reyting.az
xəbər verir ki, bu barədə məlumat “New York Times” və “Siena College Poll” tərəfindən aparılan sorğudan sonra yayımlanıb.

ABŞ-nın hazırkı prezidenti Co Bayden qarşıdan gələn seçkilərdə qələbəsinin açarı sayılan Pensilvaniya ştatında respublikaçı rəqibi Donald Trampa uduza bilər.

Tramp bu ştatda 48 faiz, Bayden isə 45 faiz səs toplayıb.

Nəşr qeyd edir: “Seçkilər Kollegiyasının hesablamalarına görə, Pensilvaniya olmadan Baydenin yenidən seçkilərdə qalib gəlməsi demək olar ki, mümkün olmayacaq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər