İlon Mask və onun zəngin dostları Co Baydeni bezdirib
Tarix: 18-07-2024 08:26 | Bölmə: Siyasət
İlon Mask və onun zəngin dostları Co Baydeni bezdirib

ABŞ Prezidenti Co Bayden amerikalı milyarder Elon Maskdan “yorulduğunu” söyləyib.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ ev rəhbəri “X” sosial şəbəkəsindəki şəxsi portalında yazıb: “Mən İlon Maskdan və onun zəngin dostlarından bezmişəm”.

Prezidentin sözlərinə görə, onlar seçkiləri satın almağa çalışırlar.

Qeyd edək ki, bundan əvvəl Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasına ianə etmişdi. O, həmçinin bildirib ki, Bayden çıxış edərkən ona hətta telesuflyor da kömək eləmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər