17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
İlyas İsmayılov münasibətlərin gərginləşməsindən narahatdır
Tarix: 14-02-2020 13:06 | Bölmə: Siyasət
İlyas İsmayılov münasibətlərin gərginləşməsindən narahatdır

“Suriya məsələsində Türkiyə və ya Rusiyanın haqlı olmasını araşdırmaq lazım deyil. Mən istərdim ki, tərəflər bir araya gəlsinlər və münasibətlər yaxşı olsun. Çünki iki ölkə arasında münasibətlərin pisləşməsi bizim də xeyrimizə deyil”.

Bunu Reyting.az-a Ədalət Partiyasının sədri İlyas İsmayılov gərginləşən Türkiyə-Rusiya münasibətlərindən danışarkən deyib.

Partiya sədri bildirib ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycana da mənfi təsirləri olar:

“Türkiyə-Rusiya münasibətlər gərginləşəndə ermənilər fəallaşacaq. Onsuz da ermənilər çalışırlar ki, Türkiyə-Rusiya münasibətlərini pozsunlar. Çünki bu münasibətlər pozulanda ermənilər baş qaldırırlar. Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədə olanda, bu, müəyyən mənada ermənilərin əl-qolunu bağlayır. Bu səbəbdən də ermənilər çalışırlar ki, Rusiyanın əli ilə türklərə ziyan vursunlar. Arzu edirəm ki, Ankara-Moskva münasibətləri pozulmasın, əksinə, qaydaya salınsın”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər