16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Milli Məclisin gündəliyi məlum olub
Tarix: 12-03-2020 10:01 | Bölmə: Siyasət
Milli Məclisin gündəliyi məlum olub

Milli Məclisin martın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, gündəliyə 18 məsələ daxildir.

Gündəliyə daxil edilən məsələlər "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında", "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunudur ki, bunlar ikinci səsvermədədir.

“Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı da gündəliyə daxil edilib.

A. Təvəkküloğlu deyib ki, Milli Məclisin komitə üzvlərinin seçilməsi haqqında layihələr də müzakirə olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}