16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Nazir: “Rəsmi Bakı ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyilik”
Tarix: 30-09-2021 20:41 | Bölmə: Siyasət
Nazir: “Rəsmi Bakı ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyilik”

“İranın xarici siyasətinin prioriteti qonşu ölkələrlə əlaqələri inkişaf etdirməkdir”.

Reyting.az
xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vahidi bildirib.

"Yeni hökumətdə qonşular prioritetdir və onlarla dostluq münasibətlərinin inkişafı davam etdiriləcək", - deyə o əlavə edib.

Ərdəbil əyalətinin yeni valisinin andiçmə mərasimində jurnalistlərə açıqlama verən Əhməd Vahidi Azərbaycanla son gərginliyə toxunub:

"Biz hər zaman Azərbaycan Respublikası da daxil olmaqla bütün qonşu ölkələrlə dostluq elan etmişik. İslami İran həmişə qonşularla əməkdaşlığa hazırdır. Qollarımız qonşu ölkələrlə əməkdaşlıq və əlaqələrin genişlənməsi üçün açıqdır. İran hökuməti və xalqı onlarla dostluq münasibətləri qurmaqda qərarlıdır. Azərbaycan Respublikası ilə hər hansı bir problem və anlaşılmazlıq olarsa, bunlar diplomatik kanallar vasitəsilə həll ediləcək və Xarici İşlər Nazirliyi bu məsələni izləyir".




Bölməyə aid digər xəbərlər