16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Ermənistanın Azərbaycandan bir şərti var
Tarix: 05-10-2021 15:06 | Bölmə: Siyasət
Ermənistanın Azərbaycandan bir şərti var

“Azərbaycan və Ermənistan sülh danışıqlarının başlanmasına razılıq veriblər. Əlbəttə ki, Ermənistan buna birbaşa “hə” demədi. Ermənistanı buna razılaşdırmaq üçün müəyyən siyasi gedişlər oldu”.

Reyting.az
xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. O bildirib ki, Ermənistan əvvəllər Azərbaycanın qarşısında xeyli şərt irəli sürsə də, indi bir şərt qarşılığında görüşə razılaşıb. Bu şərt Ermənistanın əsir hesab etdiyi şəxslərin geri qaytarılmasıdır.

Prezident İlham Əliyevlə Nikol Paşinyanın yaxın zamanlarda görüşəcəyini xatırladan Elman Vəliyev görüşün əsas məqsədinin delimitasiya və demarkasiya, mina xəritələrinin verilməsi və dəhliz məsələsi olacağını bildirib: “Zənn edirəm ki, Azərbaycan tərəfi Ermənistanın bir şərtini -əsirlər məsələsi yerinə yetirə bilər”.

Siyasi ekspert qeyd edib ki, Qarabağdakı ermənilərə həmin ərazidə yaşamaq hüququ veriləcək: “Qalan məsələlərdə isə üstünlük Azərbaycanın olacaq. Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə status verilməyəcəyini deməsi, Rusiya tərəfinin qondarma respublikanın sərhədlərinin olmadığı xəritəni paylaşması da buna dəlalət edir”.

Siyasi şərhçi əlavə edib ki, tərəflər görüş üçün 3-cü ölkəni seçiblər: “Bu ölkə Rusiya və ya Gürcüstan ola bilər. Bu görüşdən əvvəl Paşinyan Vladimir Putinlə görüşəcək. Əminəm ki, Paşinyan-Putin görüşü Azərbaycanla Ermənistan arasında danışıqların başlanması məsələsinə həsr ediləcək”.




Bölməyə aid digər xəbərlər