16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
İranın Azərbaycana qarşı informasiya müharibəsi... - Politoloq
Tarix: 06-10-2021 13:38 | Bölmə: Siyasət
İranın Azərbaycana qarşı informasiya müharibəsi...

“Təəssüflər olsun ki, bu gün Azərbaycan və İran münasibətləri yaxşı deyil”.

Bunu Reyting.az-a politoloq Zaur Məmmədov deyib. O bildirib ki, əslində 30 il ərzində münasibətlər sabit olsa da, İran daha çox işğalçı Ermənistana önəm verib və onları dəstəkləyib:

“Hansısa məqamda Azərbaycan səbr nümayiş etdirərək İranın addımlarına bir növ mülayim reaksiya verirdi. Postmüharibə dövründə Tehranın yenidən münaqişəni sona çatdıracaq deyil, əksinə, münaqişə yaradacaq çıxışları Azərbaycanda ciddi reaksiyaya səbəb oldu. Yüklərin Laçın dəhlizi vasitəsilə daşınması və ya İranın terrorçularla bağlı dediyi açıq-aşkar informasiya müharibəsidir. Bu müharibəni Ermənistan da Azərbaycana qarşı aparır. Ermənistanın apardığı informasiya müharibəsi ilə İranın Azərbaycanla bağlı çıxışları eynidir”.

Dünən İran Xarici İşlər Nazirliyi nümayəndəsinin Moskvada jurnalistlərə verdiyi açıqlamada bildirilib ki, İran Rusiyadan terrorçularla bağlı addımlar gözləyir. Z. Məmmədov bildirib ki, bu, nə dost, nə qardaş, nə də qonşuluq prinsiplərinə söykənir: “Bu, tamamilə ədalətsiz mövqeyin nümayişidir. Heç kim unutmasın ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Azərbaycanla hər hansı problem varsa, onu yalnız dialoqla aradan qaldırmaq lazımdır. Müstəqil Azərbaycan heç zaman təzyiq qarşısında baş əyməyib. Bundan sonra da belə olacaq”.




Bölməyə aid digər xəbərlər