16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
İranın xarici işlər naziri Bakıya gəlmək istəyir
Tarix: 06-10-2021 23:29 | Bölmə: Siyasət
İranın xarici işlər naziri Bakıya gəlmək istəyir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti kimi Bakıya və İrəvana səfər edə bilər.

Reyting.az
xəbər verir ki, bunu Rusiyaya səfər etmiş İran XİN-nin rəhbəri “Rossiya-24” telekanalında deyib.

Abdullahiyan bildirib ki, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindəndir.

İranlı nazir daha sonra əlavə edib: “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”.

Xarici işlər naziri qeyd edib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistan paytaxtlarını ziyarət edəcək.




Bölməyə aid digər xəbərlər