20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Müxalifət lideri həbsxanadan Azadlıq Forumuna məktub yazıb
Tarix: 09-10-2021 15:03 | Bölmə: Siyasət

Bu həftə ABŞ-ın Mayami şəhərində Oslo Azadlıq Forumunun illik toplantısı keçirilib. Rusiyanın hazırda həbsdə olan müxalif lideri, başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyəti ölkədə ekstremist təşkilat kimi rəsmən qadağan edilmiş Aleksey Navalnı tədbirə öz çıxışının mətnini göndərib. Onun çıxışını tədbir iştirakçılarına əqidədaşı Mariya Pevçix oxuyub. Navalnının çıxışı ABŞ-ın “USA Today” qəzetində çap olunub. Reyting.az çıxışın mətnini oxucuların diqqətinə çatdırır:
“Mənim insan haqları forumuna çıxışımı yazılı göndərməyimdə təəccüblü heç nə yoxdur. Virtual forma – indi hər yerdə belədir. Ancaq bu gün mənim Mayamidə keçirilən Oslo Azadlıq Forumuna şəxsən və ya onlayn qatıla bilməməyimin səbəbi COVİD-lə bağlı məhdudiyyətlər deyil. Çox adam, olduqca çox adam indi mənim vəziyyətimdədir.
Bu mətni həbsxanada görüş otağında yazıram. Hər dəfə bu otağa girib-çıxanda məni soyundurub yoxlayırlar. Mənim yarım saata qədər vaxtım var və nəzarətçi hər yazdığıma baxır. Sanki insan haqları forumu üçün çıxış mətni yox, qaçmaq planı və ya bomba resepti yazıram.
Dünya liderləri bəzi qlobal problemlərin həllində yaxşı iştirak edə bilərlər, ancaq insan haqlarının müdafiəsi sahəsində onların iştirakı zəifdir. Qorxuram bir azdan Rusiya, Belarus, Kuba və Honkonqdan olan tanınmış fəalların həbsxana kamerasından kağız göndərməsi yox, foruma oralardan kiminsə təşrif buyurması möcüzəyə çevrilsin.
Mənim bu çıxışım hüquq müdafiəsi hərəkatının liderlərinə ünvanlanıb. Halbuki hamıdan çox məhz onların haqqı çatır bir ağızdan desinlər: “Axı biz sizə demişdik”. Düzdür. Siz bunu bizə demişdiniz. Siz bizə xəbərdarlıq etmişdiniz. Siz tam haqlıydınız. Sizin dinləməyənlər isə hədsiz dərəcədə yanılıblar. Hesab edirəm ki, bunu hər bir dövlət lideri etiraf etməlidir.
Amma əvəzində biz onlardan başqa sözlər eşidirik. Son 30 ildə avtoritar modernləşmənin möcüzələr yaratdığı barədə bizə nə əfsanələr danışılıb. Neçə-neçə “təcrübəli diplomat” “real siyasət” şüarını gözümüzə soxa-soxa qulağımıza pıçıldayıb: “İnsan haqlarına görə bu diktatorun üstünə getməyin, onu sadəcə qorxudun. O, iqtisadi islahatlara hazırdır və başa düşün ki, bu, daha vacibdir”. Neçə dəfə sərmayəçi bankirlər işgüzar qəzetlərin səhifələrindən bizə eyham vuraraq deyiblər: “Nə olsun ki, burada və ya orada hansısa işgəncə faktları var, əsas odur ölkədə il ərzində iqtisadiyyat 7% artır”.
“Sinqapur möcüzəsinin şahidləri” adlandırıla biləcək bütöv bir dini sistem ortaya qoyublar. Vaşinqtondan tutmuş Frankfurta, Londona qədər nə qədər adam bu dinə ürəkdən inanıb və inanmaqda davam edir.
Ruanda, Qazaxıstan, Rusiya, Belarus və Çili bu dinin peyğəmbərlərinə çevrilib. Onlar bunu bir dua kimi təkrar edirdilər: “Bizi insan hüquqları ilə bağlı narahat etməyin, sadəcə ölkəni sərmayələrlə doldurun və biz hökmən ikinci Sinqapura çevriləcəyik”.
Ancaq ikinci Sinqapur yaranmadı. Getdikcə susdurulan hüquq müdafiəçilərinin tamamilə haqlı olduqları üzə çıxdı. O ölkələrdə ki insan hüquqları dövlətin əsasını təşkil etmir, orada dayanıqlı və real inkişaf ola bilməz. Nə qədər ki, bu və ya digər ölkədə insan hüquqlarının müdafiəsi Mərkəzi Bankın faiz dərəcəsi kimi daxili siyasətin praktiki amilinə çevrilməyib, o ölkə ən yaxşı halda avtoritarizmin müvəqqəti güclənməsinə nümunə ola bilər. Bu isə çox keçməz problemlərə, itkilərə gətirib çıxarar.
Müharibədən yoxsulluğacan bir çox məsələnin, qlobal problemlərin kökündə korrupsiyanın dayandığını israr etməklə yanaşı mən insan hüquqlarına laqeyd yanaşılanda korrupsiyanın inkişaf etdiyini də vurğulayıram. Bir insanın nəyinisə oğurlamaq istəyəndə əvvəlcə onu ədalətli mühakimə, ifadə azadlığı və ədalətli seçki hüquqlarından məhrum etməlisən.
Yaratdığım fond korrupsiya il mübarizə üzrə ixtisaslaşıb. Və bu bəs edir ki, mənim ölkəmdə hakimiyyət həmin fonda ekstremist kimi baxsın.
Rüşvət alan məmurla stula bağlı məhbusun başına torba keçirən polis arasında fərq yoxdur, ikisi də eyni adamdır. Onun qanunu güclünün zəif üzərində üstünlüyünü diktə edir. Bu, şirkət mənafeyinin insan hüququndan üstün tutulması deməkdir. Bu, cinayəti sədaqət aktı kimi törətməyə hazır olmaq deməkdir.
İnsan hüquqları məsələsinin formal xarakter daşımasına, ölkə liderlərinin onu sammit məruzələrinə sonuncu, əhəmiyyətsiz bir müddəa kimi salmasına son qoyulmalıdır.
Siyasət qaz kəmərləri və mahiyyəti həmişə qeyri-müəyyən qalan “təhlükəsizlik əməkdaşlığı” uğrunda deyil, insan hüquqları uğrunda mübarizəyə həsr olunmalıdır. İnsan hüquqları sahəsində vəziyyəti gerçəkdən yaxşılaşdırmayan istənilən addım və ya hadisə ən yaxşı halda mənasızdır.
İnsan hüquqlarının müdafiəçiləri bizə bunu anlatmağa çalışırdılar. Onlar nə qədər haqlıymışlar, kaş onları eşitmiş olaydıq”.(Mənbə: Novator.az)
Bölməyə aid digər xəbərlər

Dünən, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Dünən, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Dünən, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Dünən, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər