Ermənistan hərbçinin yaralanması və mülki şəxsin öldürülməsi ilə bağlı yalan məlumat yayıb
Tarix: 09-10-2021 17:16 | Bölmə: Siyasət
Ermənistan hərbçinin yaralanması və mülki şəxsin öldürülməsi ilə bağlı yalan məlumat yayıb

Ermənistan Azərbaycan Ordusu ilə bağlı növbəti dəfə yalan məlumat yayıb. Bildirilir ki, guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində bir mülki erməni ölüb və bir hərbçi isə yaralanıb. Reyting.az-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaydığı bu məlumatı qətiyyətlə təkzib edir və yalan olduğunu bildirir.

Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib