Ceyhun Bayramov nümayəndə heyəti ilə Belqrada gedib
Tarix: 10-10-2021 18:58 | Bölmə: Siyasət
Ceyhun Bayramov nümayəndə heyəti ilə Belqrada gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib